Gözə Qulluq Peşəkarlarının təcrübəli tərəfdaşı olaraq biz dünyana sizin gözlərinizlə baxırıq
Qüsursuz görmənin üstünlükləri
Hər birimiz gələcəyimiz, həyatda yaşamaq və nail olmaq istədiklərimiz, eləcə də nə kimi iz buraxacağımız haqqında bir təsəvvürə malikik. Təsəvvürünüzdəki bu yolu getmək üçün aydın görmək şərtdir.
Biz 80 ildən artıqdır ki, gözə qulluq peşəkarları ilə tərəfdaşlıq edir və dünyaya onların gözü ilə baxırıq. Onlar illərdən bəri təhsil ilə sənətlərini təkmilləşdirir, təcrübələri ilə ustalıqlarını inkişaf etdirirlər. Və nəhayət sərgilədikləri bu biliklərlə təqdir edilir, tanınırlar. Ancaq bunundan daha artığı var.
Gözə qulluq peşəkarları uzaqgörəndirlər. Onlar xəstələri, əməkdaşları və özləri üçün nəyə nail olmaq istədikləri barədə aydın təsəvvürə malikdirlər. Nəticə olaraq onların bizneslərini inkişaf etdirən amil məhz bu uzaqgörənlikdir.
Gözə qulluq peşəkarları bizim gözümüzdə xəstələrinin dünyaya baxışını dəyişən öndərlərdir. Məhz öz uzaqgörənlikləri sayəsində onlar, xəstələrinə daha yaxşı həyat tərzi üçün öz fərdi keyfiyyətlərini əldə etməkdə kömək edirlər.
Biz dünyaya sizin gözlərinizlə baxırıq
Qabaqcıl tərəfdaşlarımıza dəstək verib onları gücləndirmək bizim hədəfimizdir.
Biz tərəfdaşlıq və innovasiyaya ilə bağlı həvəsimizdən güc alaraq gözə qulluq mütəxəssislərinə təcrübələrini uğurla inkişaf etdirmək üçün lazım olanları təqdim edirik: yüksək keyfiyyətli linzalar, qüsursuz inteqrasiya edilmiş sistemlər, təlimlər və etibarlı xidmətlər.
Gözə qulluq peşəkarlarımızla tərəfdaşlıq edərkən onlarla bağlı üç əsas keyfiyyətə diqqət yetiririk. qayğı, bilik və uzaqgörənlik
Qayğı
HOYA təmsilçisi olaraq, xəstələrinizə qayğı göstərməyin başlıca hədəfiniz olmağını yüksək qiymətləndiririk. Buna görə də, HOYA davamlı olaraq bir gözə qulluq peşəkarı kimi sizə lazım olan dəstəyi təmin edir ki, diqqətinizi sizin üçün ən vacib olan məqsədə - xəstələrinizə aydın görmə qabiliyyəti bəxş etməyə yönləndirə biləsiniz.
Bilik
Qabaqcıl insanlar daim biliyə can atırlar. Trend və yenilikləri izləyir, hər bir xəstənin uzunmüddətli rahatlığını təmin etmək üçün bildiklərini tətbiq edirlər. Pasiyentlərə ən yüksək səviyyəli təcrübə təklif etmək üçün siz xidmətlər, dəstək və ünsiyyət, eləcə də davamlı təlim vasitəsilə əldə olunan bilik üçün HOYA-ya etibar edə bilərsiniz. Bu, sizə ən son məlumatları əldə etməyə və davamlı olaraq bilik bazanızı genişləndirməyə imkan verir.
Uzaqgörənlik
Uzaqgörənlik uğurunuzun açarıdır. Biznesinizin çiçəklənməsinə kömək etmək üçün innovasiyamızdan, texnologiyamızdan və bazar məlumatlarımızdan istifadə edəcəyik. İnnovasiya bizim genimizin ayrılmaz hissəsidir. Biz tərəfdaşlarımızın fəaliyyət sahəsi və xəstələrlə bağlı təcrübi biliklərin əldə edilməsi üçün gələcəyə gedən körpüsüyük. HOYA irəliyə baxmağınıza kömək etməyə çalışır və texnologiyalar sahəsindəki yenilikləri, eləcə də inkişaf etməkdə olan optik və pərakəndə sənayelər üzrə yeni bilikləri təmin edir.
Sizin müştəriləriniz. Sizin brendiniz. Bizim dəstəyimiz.
Sizinlə tərəfdaşlıq etmək maraqlı bir perspektivdir və hədəfimiz sizi hər addımda dəstəkləməkdir. Müttəfiqiniz olaraq sizə yaradacağımız imkanlar sayəsində biznesinizi inkişaf etdirəcəksiniz, müştərilərinizin dəyər verəcəyi fərqli bir brend yaradacaqsınız. Biz qabaqcıl texnologiyalar və innovativ həllərlə sizi uğurlu gələcəyə müşayiət edəcəyik. Optika sənayesinə dair ən son məlumatlardan sizi daim xəbərdar edəcəyik. Sizin ən yaxşı qayğı və təcrübəni təmin etmək üçün lazım olan hər şeyə sahib olmağınız, bizim tərəfdaşlığımızın uğurlu olmağı deməkdir.
Hoya Texnologiyası - İnnovasiyalar - Sərhədsiz imkanlar
Proqressiv linzalar
Fərdiləşdirilmiş və müştərilərinizin unikal həyat tərzinə uyğunlaşdırılmışdır.
Günəşdən qoruma
Ən dəbli üslublarda təkmilləşdirilmiş görmə performansı, rahatlıq və qoruma.
Sadə linzalar
Mükəmməl piksel dəqiqliyi və əla görmə performansı.
Xüsusi vəziyyətlər üçün linzalar
Görmə tələblərin tam spektri üçün: uşaqlar, atletlər və sürücülər üçün.
Yaxınlıqda optik tap
HOYA ilə tərəfdaşlıq
MAJESTY Optical
1998-ci ildən fəaliyyət göstərən və yüksək keyfiyyətli eynək və optik linzaların satışı ilə məşğul olan Majestic MMC Azərbaycanda ilk optik mağazadır. Bir sıra tanınmış eynək brendlərinin rəsmi dileri olan şirkətimiz həm də optik linzalar üzrə dünya lideri olan Hoya brendinin rəsmi distribyutorudur.
HOYA Vision Care barədə
60 ildən artıqdır ki, HOYA Vision Care optik texnologiya innovasiyaları üzrə usanmaz qlobal liderlər sırasındadır. Gözə Qulluq Peşəkarları üçün görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə ən yaxşı həllər tapmaq məqsədi ilə HOYA yüksək keyfiyyətli, yüksək performanslı eynək linzalarının istehsalçısı kimi optik texnologiya yeniliklərini irəli sürməyə davam edir. Şirkət 18.000-dən çox işçi şəbəkəsi və dünya üzrə 45 laboratoriyası ilə 52 ölkədə linzalar tədarük edir.